Astarada kütləvi zəhərlənmə olub

Astarada kütləvi zəhərlənmə olub
05 Sen 2025 18:15

Astarada kütləvi zəhərlənmə olub.

News365.az xəbər verir ki, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.

Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmə rayonun Motlayataq kəndində olub. Zəhərlənənlər bir ailənin üzvləridir. Onlar qarpız alıb yediklərini, sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Fakt araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada