Artıq qarpızlar xarab çıxmayacaq: Süni intellekt bu işdə də köməyimizə çata bilir - VIDEO

Artıq qarpızlar xarab çıxmayacaq: Süni intellekt bu işdə də köməyimizə çata bilir -  VIDEO
02 İyl 2024 21:55

Tibbdən sənayeyə, elmdən sənətə, alış-verişdən bank əməliyyatlarına qədər bir çox sahədə istifadə edilən süni intellekt son zamanlar insanların gündəlik həyatda qarşılaşdıqları problemlərə müxtəlif həll yolları hazırlayır.

Yayda tez-tez istehlak edilən, lakin seçimi çətin olan qarpızı almağa da süni intellekt kömək edə bilər.

Süni intellektin köməyi ilə ən yaxşı qarpızı seçmək üçün əvvəlcə qarpızların yerləşdiyi piştaxtanın fotosunu çəkmək və onu “ChatGPT” süni intellekt proqramına yükləmək lazımdır.

Daha sonra tətbiqdə “Şəkildəki ən yaxşı qarpız hansıdır?”, “Sizcə hansı qarpızı almalıyam?” kimi suallar verilir və ilk olaraq keyfiyyətli və ləzzətli qarpızın xüsusiyyətləri haqqında məlumat verilir.

Sonra süni intellekt fotodakı qarpızları bu meyarlara görə qiymətləndirir və onlardan birini tövsiyə edir.

Süni intellektlə bağlı müxtəlif araşdırmalar aparmış Abdullah Gül Universiteti Kompüter Mühəndisliyi kafedrasının dosenti. Dr. Zəfər Aydın bildirib ki, süni intellekt bir çox sahədə istifadə olunur və bəzi hallarda insanlardan daha uğurludur. Yaxşı meyvələrin seçilməsində də süni intellekt sistemlərindən istifadə edildiyini izah edən Aydın, beynəlxalq bir nəşrdə süni intellektin yaxşı meyvələrin seçilməsində 95-98 %, yaxşı qarpızların seçilməsində isə 98 % nisbətində müvəffəqiyyət nisbətinin olduğu təsbit edildiyini bildirib.

Türkiyənin Kayseri vilayətində Anadolu Agentliyinin müxbirləri ChatGBT süni zəka tətbiqinin yardımı ilə qarpız seçiblər. Tətbiqin seçdiyi qarpızı ərzaq mağazasına kəsdirən zaman onun çox sulu, qırmızı rəngdə və dadlı olduğu müəyyənləşib.

Həmin maraqlı görüntüləri təqdim edirik:

 

 

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər