Fransızların yarısı onun qalib gəlməsini istəyir - Sorğu

Fransızların yarısı onun qalib gəlməsini istəyir -  Sorğu
04 İyl 2024 19:31

Fransızların yarısı növbədənkənar parlament seçkilərində Marin Le Penin sağçı Milli birlik Partiyasının qalib gəlməsini istəyir.

Bu barədə məlumat LCI telekanalı, Figaro qəzeti və Sud Radio radiostansiyası üçün IFOP-un keçirdiyi rəy sorğusunun nəticələrində yer alıb.

Sosioloji araşdırmaya görə, respublikaçıların tərəfdarlarının 48 faizi də koalisiya müttəfiqlərinin qalib gəlməsini istəyir. Fransızların təxminən yarısı (47 faiz) Le Penin partiyasının uğuruna əmindir və seçicilərin 43 faizi onu solçu “Yeni Xalq Cəbhəsi” ilə müqayisədə “xalqa daha yaxın” hesab edir. Respondentlərin 40 faizinin fikrincə, “Milli birlik” dəyərləri daha demokratikdir.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər