Azərbaycanda “halal hotel”lər yaradılacaq — ŞƏRTLƏR

Azərbaycanda “halal hotel”lər yaradılacaq —  ŞƏRTLƏR
04 İyl 2024 18:53

  Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlanır. Bu il qəbul edilməsi nəzərdə tutulan standartın Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcəyi gözlənilir. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki hotel və turizm xidmətlərinin bu standartların tələblərinə uyğunlaşdırılması və turizm sektorunun müsəlman ölkələrindən gələn turistlər üçün daha da cəlbedici edilməsi bu sahədə inkişafa nail olmaq üçün əsas məqsədlərdən hesab edilir. Beləliklə, Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcək. Hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər.

Bəs "halal hotel" nədir?

Turizm üzrə ekspert Əziz Şiriyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ailələrin əksəriyyəti “halal hotel” tipli yerlərdə istirahət etmək istəyirlər.

Onun sözlərinə görə, bu gün xüsusən də ərəb ölkələrindən gələn turistlər “halal hotel”lərdə qalmaq arzusundadırlar: “Halal hotel”lərdə ekstra heç nəyə icazə verilmir. Burada islami qaydalara, eləcə də qidalanma və digər məsələlərə ciddi nəzarət edilir. Məsələn, bu gün dünyada elə hotellər var ki, hovuzu belə qadın və kişilər üçün ayrıdır. Azərbaycanda da bu tendensiya davam etməkdədir. Təbii ki, bu tip hotellərin də öz müştəriləri olur və müştəri məmnuniyyəti çox önəmlidir. Yəni, həmin tipli hotellərin kifayət qədər müştəriləri var və onlara maraq da yetərincədir. Bu tipli hotelləri bəyənənlər hər dəfə də oranı rezerv edirlər”.

“Bu tipli hotellərdə haram sayılan içki, qadınla kişinin eyni hovuzdan istifadə etməsi və digər məsələlərə icazə verilmir. Ona görə də bu tipli hotellərdə qalmaq arzusunda olan turistlər də nəzərə alınır və onlar üçün xüsusi imkanlar yaradılır. İslam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim edən, eləcə də bu kimi digər tələblərə cavab verən hotellərə “halal sertifikat” verilir”, - ekspert əlavə edib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər