Tramp seçkilərdən əvvəl Si Cinpini təhdid etdi - The Hill

Tramp seçkilərdən əvvəl Si Cinpini təhdid etdi  - The Hill
04 İyl 2024 20:14

Seçki ərəfəsində Donald Tramp və onun xarici siyasət üzrə yüksək səviyyəli müşavirləri Çin prezidenti Si Cinpini hədələyiblər. Buna səbəb onun ABŞ-yə qarşı daha aqressiv siyasət yürütməsidir.

News365.az xəbər verir ki, bu barədə The Hill yazıb.

Qeyd olunur ki, Trampın ikinci prezidentliyi dövründə administrasiyada xidmət edə biləcək keçmiş yüksək rütbəli məmurlar ABŞ-nin Asiyada hərbi gücünün daha geniş şəkildə artırılmasını və Çin idxalına rüsumların tətbiq edilməsini müdafiə edirlər.

"Təsadüfi müharibə deyə bir şey yoxdur. Vaşinqtonun gözlənilməz münaqişələrə və qaynar xəttlərə köklənməsi Pekini daha aqressiv davranışa sövq etmiş ola bilər", - deyə Trampın milli təhlükəsizlik üzrə keçmiş müşavir müavini Mett Pottinger bildirib.

O, Amerikanın müdafiə büdcəsinin 800 milyard dollar artırılmasına çağırıb və bunun ABŞ-nin həm Rusiyaya qarşı "müdafiə müharibəsi"ndə Ukraynaya yardım etməsi, həm də Hind-Sakit okean regionunda Çin təcavüzünün qarşısını almaq üçün zəruri olduğunu iddia edib.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayn isə "bütün Dəniz Piyadaları Korpusunu Sakit Okeana yerləşdirməyə", raketdən müdafiə və döyüş donanmalarını artırmağa və Hərbi Dəniz Qüvvələrinin təyyarə gəmisini Atlantik okeandan Sakit okeana köçürməyə çağırıb.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər