Sirli və nəhəng tüstü almanları təşvişə saldı - VİDEO

Sirli və nəhəng tüstü almanları təşvişə saldı  - VİDEO
04 İyl 2024 20:33

Berlin sakinləri sirli qara və halqa formasında yayılan nəhəng tüstülərə görə təşvişə düşüblər.

Bild-in yaydığı məlumata görə, almanlar halqavari tüstülərlə bağlı videoları daha çox İnstaqramda və Facebookda sosial şəbəkələrində paylaşaraq həyəcan dolu müzakirələr açıblar.

Qeyd edilir ki, Almaniya paytaxtının səmasında üç sirli görünən qara tüstü uzun müddət fırlanıb. Bəzi internet istifadəçiləri bu fenomenin pirotexniki vasitələrin istehsalı və ya istifadəsi nəticəsində əmələ gələ biləcək tüstü halqaları olduğunu iddia ediblər. Videonu şərh edənlər bu versiyanı daha da genişləndiriblər. Onlar izlərin Almaniyanın "Rammstein" qrupunun çıxışı öncəsi məşqdən sonra qala biləcəyini söyləyiblər.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər