Nazir rəis müavinini işdən çıxardı

Nazir rəis müavinini işdən çıxardı
04 İyl 2024 16:16

 Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Eldar Fərhadoviç Quliyev sözügedən vəzifəsindən azad olunub.

News365.az-ın məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər