“Arsenal“ icarə əsasında çıxış edən futbolçunu transfer edib

“Arsenal“ icarə əsasında çıxış edən futbolçunu transfer edib
04 İyl 2024 20:47

Ötən mövsümü icarə əsasında İngiltərə təmsilçisi "Arsenal"da keçirən qapıçı David Raya London klubuna transfer olunub.

Müqavilə əsasında "Brentford" (İngiltərə) kollektivinə məxsus olan qolkiper ilə "Arsenal" arasında uzunmüddətli sözləşmə imzalanb.

Bu keçid "qırmızı-ağlar"a 31,9 milyon avroya başa gəlib.

Qeyd edək ki, D.Raya "Arsenal"ın heyətində bu günə qədər 41 oyunda çərçivəni qoruyub və 20 matçda qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildə İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısı adına layiq görülüb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər