Payızda ölkədə “mitinq bumu“ yaşanacaq -Erməni deputat

Payızda ölkədə “mitinq bumu“ yaşanacaq  -Erməni deputat
04 İyl 2024 20:26

Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan “OragirNews”a diqqət çəkən açıqlamalar verib.

News365.az xəbər verir ki, o, payızda ölkədə "aksiya bumu" yaşanacağını deyib.

“Müqəddəs Hərəkat”ın (İnqilabçı keşişin başlatdığı "Vətən uğrunda Tavuş" hərəkatını nəzərdə tutur-red.) məhv olması təəssüratı reallığı əks etdirmir. Üstəlik, hərəkat yeni təzahürlər alır. Hesab edirəm ki, hərəkat daxilində baş verən yenidənqurma işləri payızda daha iddialı, daha geniş və konkret fəaliyyətə gətirib çıxaracaq ki, bu da etirazçılara ciddi uğur qazandırmalıdır”, - deputat bildirib.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik etdi. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər