Əhməd Əhmədov hər şeyi etiraf etdi - VİDEO

Əhməd Əhmədov hər şeyi etiraf etdi  - VİDEO
04 İyl 2024 13:28

"Bəli, cinayət əməlini törətdiyimi etiraf edirəm".

News365.az xəbər verir ki, bu sözləri ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəmə prosesində deyib.

Hakimin "Özünüzü təqsirli bilirsiniz?" sualına o, "Bəli, təqsirli bilirəm" deyə cavab verib.

Hakim Əhməd Əhmədovun törətdiyi hadisə ilə bağlı ifadə vermək istəyib-istəmədiyini soruşub.

Ə.Əhmədov isə ifadə vermək istəmədiyini bildirib.

Məhkəmə prosesi iyulun 23-ü saat 14:00 tarixinə təxirə salınıb.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər