150 milyon amerikalı anomal istilərdən əziyyət çəkir

150 milyon amerikalı anomal istilərdən əziyyət çəkir
04 İyl 2024 20:53

ABŞ-də anomal istilər 21 ştatda təxminən 150 milyon insana ciddi təsir edir. Sinoptiklər xəbərdarlıq edirlər ki, ölümcül yüksək temperatur iyulun 4-dən sonra da bir çox yerlərdə davam edə bilər.

News365.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

"4 iyul bayramından sonra da istilərin rekord həddə çatacağı və 15 böyük yanğının baş verdiyi ABŞ-nin qərb bölgələrində rekord temperaturun iki həftə ərzində qalacağı gözlənilir", - nəşr yazıb.

Məqalədə o da vurğulanıb ki, "Milli Hava Xidməti Kaliforniyanı bürüyən anomal istilərin Qərb sahilərində daha da surətlə yayılacağını proqnozlaşdırıb. O da mümkündür ki, Yer kürəsində indiyə qədər ən yüksək temperaturun qeydə alındığı Kaliforniyadakı  Ölüm Vadisi 54,4 dərəcə Selsidən yuxarı rekordunu yenidən qırsın".

Meteoroloqlar xəbərdarlıq ediblər ki, ən azı bir həftə davam edəcək rekord istilər səbəbindən nəinki insanlar, ev heyvanları, mal-qara və infrastruktur da risk altında olacaq.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər