Zavod direktoru yenidən cərimələndi

Zavod direktoru yenidən cərimələndi
04 İyl 2024 19:23

“Azerkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.

Buna səbəb zavod direktorunun əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verməsi bildirilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib.

Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı sularının su hövzəsinə axıdıldığına görə O.Niftəliyevi cərimələmişdi.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər