Livan İsrailə ən geniş hücumunu edib, 200-dən çox raket atılıb - VİDEO

Livan İsrailə ən geniş hücumunu edib,  200-dən çox raket atılıb - VİDEO
04 İyl 2024 23:08

Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, Livan İsrailə 200-dən çox raket və dron atıb.

Bu barədə Ynet portalı məlumat yayıb.

Qeyd edilib ki, bu, 7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlayan müharibə zamanı Livan şiə təşkilatının İsrailə qarşı ən böyük hücumudur, atışma nəticəsində İsrailin şimalında bəzi ərazilərdə yanğınlar başlayıb.

İsrail Müdafiə Qüvvələri qonşu ölkədən hücumları təsdiqləyərək bəzi raket və pilotsuz təyyarələrin ələ keçirildiyini bildirib.

Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib.

Xatırladaq ki, bir gün əvvəl İDF Hizbullah bölməsinin komandiri Əziz Məhəmməd Nasirin öldürüldüyünü elan etmişdi.

 

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər