Nəzakət Teymurova ad günündə AĞLADI – VIDEO

Nəzakət Teymurova ad günündə AĞLADI –  VIDEO
05 İyl 2024 00:54

Xalq artisti Nəzakət Teymurova efirdə kövrələrək, göz yaşlarına qərq olub. 

Sözügedən anlar “Qonaqcanlı” verilişində yaşanıb. 

Doğum gününü sözügedən proqramda qeyd edən sənətçiyə qızı Nigar sürpriz edib. Qızı təqdim edilən videosüjetdə sənətçi anasının 52 yaşını bu sözlərlə təbrik edib: 

“Nənəm, xalalarım mənə gözəl yeməklər bişirib. Amma heç biri ana yeməyinin dadı qədər deyildi. Mətbəxdən gələn səsin fərqindən bilmişəm ki, sən evdəsən. O gün isə mənim üçün bayram olub. Həmişə narahat olmusan ki, səfərlərin, işin səni məndən uzaqlaşdırıb. Xeyr, narahat olma, heç kim səni məndən ayırmayıb. Bircə dəfə göz-gözə gəlməyimiz sənin sevgini hiss etmək üçün bəsdir. O sevgini isə hər zaman mənə ötürməyi bacarmısan. Sən mənim üçün uzaqları yaxın edən, evində səliqə, səhnədə sənət yaradacaq qədər güclü qadın obrazısan. Mənə belə bir möhtəşəm ana nümunəsi yaratdığın üçün təşəkkür edirəm. Səni çox istəyirəm, canım anam”. 

Həmin süjeti izləyən Xalq artisti kövrələrək qızı Nigara bu sürpriz üçün minnətdarlığını bildirib. Aparıcının “Qızınız Nigar üçün ən böyük arzunuz nədir?” sualına N.Teymurova “Nigar üçün arzum budur ki, bu çətin dünyada öz addımları ilə hər zaman ayaq üstə dayanmağı bacarsın” cavab verərək, göz yaşlarına hakim ola bilməyib. 

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər