Almaniyada Şoltsun partiyasının qərargahı atəşə tutuldu

Almaniyada Şoltsun partiyasının qərargahı atəşə tutuldu
04 İyl 2024 20:09

Almaniyada Sosial Demokrat Partiyasının Drezdendəki qərargahı atəşə tutulub.

Bu barədə məlumatı “Bild” nəşri yayıb.

Qeyd olunub ki, naməlum şəxslər ştat seçkilərinə bir neçə həftə qalmış təxribat törətmək istəyib:

“Cinayətin siyasi motivli olması istisna edilmir. Bu bizi əlavə təhlükəsizlik tədbirləri görmək barədə düşünməyə vadar edir. Ancaq bir şey aydındır: heç bir təxribat bizi qorxutmayacağıq”, – deyə SPD-nin Saksoniyadakı lideri Henning Homann bildirib.

Qeyd edək ki, Sosial Demokrat Partiyasının sədri Almaniyanın hazırki kansleri Olaf Şoltsdur.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər