Ankarada üçtərəfli görüş keçirilir - FOTOLAR +YENİLƏNİR

Ankarada üçtərəfli görüş keçirilir - FOTOLAR +YENİLƏNİR
13:55

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabı məlumat yayıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bildirilib ki, o, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Həmçinin qeyd olunub ki, görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.








Sizin reklam burada
Sizin reklam burada