Rusiyanın İstintaq Komitəsi amerikalı muzdlu döyüşçü Rayan Oliriyə qarşı cinayət işi açıb.
Bu barədə Komitənin mətbuat xidməti Telegramdakı sosial şəbəkə hesabında məlumat yayıb. O, Rusiyanın Kursk vilayətinin işğalında ittiham ounur.
Muzdlu döyüşçüyə qiyabi iş kəsilib.
İstintaq müəyyən edib ki, Oliri Rusiya ərazisində silahlı münaqişədə şəxsən iştirak edib. Belə ki, muzdlu 2024-cü ilin avqust ayında Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərək Kursk vilayətinin ərazisinə soxularaq dinc əhaliyə qarşı cinayətlər törədib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural