Pakistanda polisə hücum - 12 yaralı var

Pakistanda polisə hücum - 12 yaralı var
18:41

Pakistanın Kohat şəhərində patrul xidmətinə hücum nəticəsində azı 12 polis əməkdaşı yaralanıb.

News365.az-ın məlumatına görə, hücum qanunsuz faydalı qazıntı hasilatına qarşı keçirilən əməliyyat zamanı baş verib. Bildirilir ki, bu fəaliyyətə cinayətkar qruplaşmaların üzvləri də cəlb olunub.

Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində polis dəstəsinin atəşə tutulduğunu, bundan sonra 12 əməkdaşın xəstəxanaya çatdırıldığını bildirib.///trend


Sizin reklam burada
Sizin reklam burada