Ağdaşda bir nəfər kanalda batdı

Ağdaşda bir nəfər kanalda batdı
10:33

Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində bir nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada