Ağcabədidə 16 yaşlı bacısını qətlə yetirən qardaş tutulub

Ağcabədidə 16 yaşlı bacısını qətlə yetirən qardaş tutulub
05 Sen 2025 22:00

Ağcabədidə bacısını qətlə yetirən şəxs saxlanılıb.

News365.az xəbər verir ki, sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada