ADY-də narazılıqlar SƏNGİMİR: Qatarlar ünvana saatlarla gec çatır

ADY-də narazılıqlar SƏNGİMİR: Qatarlar ünvana saatlarla gec çatır
15:45

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) xidmət keyfiyyəti və qatarların hərəkət qrafikinə riayət etməməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.

News365.az xəbər verir ki, şikayətçilər qatarların mənzil başına saatlarla gecikdiyini və bu halların artıq sistemli xarakter aldığını bildirirlər.

Bu barədə sosial şəbəkələrdə narazılığını ifadə edən sərnişin Leyla Turan bildirib ki, Gəncə istiqamətinə hərəkət edən qatar təyin olunan vaxtdan xeyli gec çatıb:

  •  “11:55-də Gəncədə olmalı idik, lakin 13:45-də çatdıq. İnsanlar planlarını qatarların qrafikinə uyğun qururlar. Saatlarla yolda qalmaq və bu qədər gecikmə qəbulolunmazdır”, — deyə şikayətçi vurğulayıb.

Anoloji problemlə digər sərnişin Azər Qurbanov da qarşılaşıb. O, Bakı–Tiflis–Bakı marşrutu üzrə hərəkət edən qatarda da 2 saatlıq gecikmənin yaşandığını diqqətə çatdırıb:

  •  “Qiymətlər qalxdıqca xidmətin keyfiyyəti əksinə, aşağı düşür. Dünyanın sivil ölkələrində qatar gecikəndə sərnişinlərdən üzr istənilir və məsul şəxslər cəzalandırılır. Bizdə isə bu normal qarşılanır, narazılıq edənlərə isə mənfi münasibət bəslənilir”, — deyə A. Qurbanov bildirib.

Sərnişinlərin ümumi rəyinə görə, ADY-nin həm daxili, həm də beynəlxalq marşrutlarında gecikmələr artıq adiləşib və bu da vətəndaşların vaxt planlamasına ciddi zərbə vurur.


Sizin reklam burada
Sizin reklam burada