"Adil Kəimov problemləri yox, insanların taleyni həll etməkdən daha çox zövq alır"- Etbar Əliyev

"Adil Kəimov problemləri yox, insanların taleyni həll etməkdən daha çox zövq alır"- Etbar Əliyev
21:40

Bütün dövlət strukturlarında ixtisar gedir. Və bu ixtisarlara da qəribə bir don geyindiriblər- attestasiya və yaxud sertifikasiya.

Görünən odur ki, bu adlarla insanlranı çörəkləri ilə oynayırlar. Eyni zamanda, məsuliyyətdən yayınırlar. Guya ki, attestasiyadan keçməyən kadr işinin öhdəsindən gələ bilmir. Amma attestasiyadan qabaq kadrların nə peşəkarlığına, nə təcrübəsinə, nə də ki, uğurlarına baxılmır. Yəni kadrların peşəkarlığına riyazi yanaşılır. Kimlərinsə hazırladığı sualların bir qisminə cavab verməyən peşəkar kadr savadsız sayılır.

Amma riyazi qiymətləndirmə sosial-psixoloji və təcrübi bilikləri qulaq ardına vurur.

İndi də Mədəniyyət Nazirliyi kitabxanaçıların attestasiyasına-yəni ixtisarına başlayıb. Guya ki, bu attestasiya ilə kitabxanalar oxucu və yeni kitablarla dolacaq.

Amma Mədəniyyət naziri Adil Kərimov bilmir ki, attestasiyadan müvafiq qiymət alan kitabxanaçı gedib ucqar kənddə 400-500 manata işləməyəcək.

Bundan əlavə, hörmətli nazir attestasiyadan əvvəl kitabxanaların maddi-texniki bazasına diqqət eləsə daha yaxşı olar. Hazırda ölkə üzrə bir çox kitabxanalar uyğunlaşdırılmış binalarda yerləşir. Kitabxanalrın mühafizə sistemi bərbad gündədir.Kitab fondunun 60 faizə yaxını kiril əlifbasındadır.

Bir sözlə kitabxana sistemindəki problemləri saymaqla bitməz.

Amma nədənsə Adil Kəimov problemləri yox, insanların taleyni həll etməkdən daha çox zövq alır.

Məhz bu səbəbdən sosial şəbəkədə onun fəaliyyəti ciddi tənqid olunur.

Məsələn təhsil üzrə ekspert Etibar Əliyev özünün sosial səhifəsində yazır:

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi kitabxana əməkdaşlarını attestasiyadan keçirib. Xeyli insanı işsiz qoyublar.

Mənim kitabxana işçilərinə böyük rəğbətim var.

Onlar cüzi məvaciblə ömürlərini kitab işinə həsr ediblər, şəraitsiz mühitdə çalışıblar və bu baxımdan xarakter və nəciblik etibarı ilə bir-birilərinə bənzəyirlər.

Kitabxana İşindən xəbərsiz olan Adil Kərimov onları anlaya bilməz.

İndiki dövrdə formal attestasiya adı ilə onları işsiz qoymaq adil əməl deyil.

Cənab nazir!

Ölkədə minlərlə kitabxana bağlanırsa, elə bunun özü işsizlik ordusu yaratmaqdır. Qalan kitabxanalarda çalışan kitabxanaçılara isə toxunmaq lazım deyil. Onların ən az təcrübəlisi kitabı sən nazirdən yaxşı bilir.

Attestasiya adı ilə insanları işsiz qoymaqdansa yeni nəsil kitabxanalar açın, qalan kitabxanaları yeni ədəbiyyatlarla təmin edin, bərbad durumda olan kitabxanalarda şəraiti yaxşılaşdırın, ən nəhayyət kitabxanaçıları kurslara cəlb etdikdən sonra prosesə başlayın.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada