Donald Trampın prezidentlik müddətinin əvvəlindən ABŞ iqtisadiyyatına kapital yerləşdirmək üçün özəl və xarici şirkətlərin investisiya öhdəliklərinin ümumi həcmi 1,9 trilyon dollar təşkil edib. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Nəşrin ekspertləri hesablamalar aparıblar.
Ən böyük məbləği "Apple" korporasiyası yatırıb - 500 milyard dollar. Daha 100 milyard dollar "SoftBank" telekommunikasiya holdinqindən və analoji məbləğ yarımkeçirici istehsalçısı TSMC-nin öhdəsinə düşüb. Bundan başqa iqtisadiyyata CMA CGM 20 milyard dollar, avtomobil istehsalçısı Stellantis isə 5 milyard dollar maliyyə ötürüb.
Tural