Bill
Gates, Varren Buffett, Mark Zuckerberg, Elon Musk və digər tanınmış milyarderlərin
bir ortaq cəhəti var. Onlar öz övladlarına sərvətlərinin kiçik bir hissəsini
"hədiyyə" edirlər. Qalan milyardlarla dolları isə müəyyən xeyriyyə məqsədli
təşəbbüslərə yönləndirəcəklərini vəd edirlər.
Maraqlıdır,
bəs niyə bu vəsaitlərin çoxu yalnız onların ölümündən sonra xeyriyyə məqsədilə
istifadə olunmalıdır?
Bununla
bağlı News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, bu qədər
xeyirxahdırlarsa, niyə sağlıqlarında dünyanın aclıq yaşayan ölkələrinə, acından
ölən körpələrinə, ciddi xeyriyyəçilik etmirlər?:
“Bu
qədər pullara bütün dünyanı pulsuz xəstəxanalarla doldurmaq olardı. Əsl
xeyirxah insan sağ içən bunu etməzmi?
Bəs
biz haradan əmin ola bilərik ki, bu vəsiyyətlər həyata keçəcək? Hansı mexanizmlə?
Bəlkə
dünyanın milyarder kimi tanıdığı insanlar sadəcə vasitəsiçilərdir. Arxa planda
isə müəyyən güclər – dövlətlərdən və demokratiyalardan da güclü olan qlobal güc
mərkəzləri – bu şəxslərin timsalında sistemli şəkildə sərvət toplayırlar.
Birisi Facebook vasitəsilə, digəri maliyyə texnologiyaları ilə, biri süni
intellektlə, biri enerji bazarları ilə...
Yəqin
ki, bütün bunlar sadəcə "xeyriyyəçilik" adı ilə örtülən qlobal güc
konsentrasiyasıdır. Bir də qlobal kapitalın yenidən mərkəzləşdirilməsi və
dünyanın daha sistemli yönləndirilməsidir”.
News365.az