ABŞ İranda strateji neft mərkəzlərini vurdu – Yaxın Şərqdə gərgin saniyələr

ABŞ İranda strateji neft mərkəzlərini vurdu – Yaxın Şərqdə gərgin saniyələr
15:37

Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ hərbi qüvvələri İranın İraq və Küveytlə həmsərhəd bölgələrinə hava zərbələri endirib.

“News365.az” “Al Jazeera”ya istinadən xəbər verir ki, hücumlar zamanı əsas hədəflərdən biri Yaxın Şərqin ən qədim neft emalı zavoduna ev sahibliyi edən Abadan şəhəri olub.

Xuzistan əyalətinin qubernator müavini Vəliullah Həyati bildirib ki, Abadanla yanaşı, strateji əhəmiyyətli liman şəhəri olan mahşəhr də ABŞ zərbələrinin hədəfinə çevrilib.

“Fars” xəbər agentliyinin məlumatına görə, Mahşəhrə endirilən zərbə yerli vaxtla təxminən saat 13:30-da (Bakı vaxtı ilə 13:30), Abadan şəhərinə hücum isə ondan bir neçə dəqiqə əvvəl – saat 13:25-də qeydə alınıb.

Qeyd edək ki, ABŞ-ın ölkənin cənubuna təşkil etdiyi son hava hücumları nəticəsində İranda 3 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı bildirilir.

“News365.az”


Sizin reklam burada
Sizin reklam burada