“Tramp Putinə dəstək versə də, Rusiya-Ukrayna müharibəsində gərginlik artır”
News365.az xəbər verir ki, bu fikirləri politoloq Elşad Həsənov News365.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Tramp hakimiyyətə gələndən sonra Putinə qarşı müəyyən addımlar atsa da, Rusiya liderinə simpatiyasını gizlətməyib:
“Tramp Putini yaxşı insan adlandırıb, Zelenskini isə diktator kimi təqdim edib. Lakin sonrakı proseslərdə Putin Trampın təkliflərinə razı olmayıb və bildirib ki, Rusiya Ukraynada hədəflərinə çatmadan müharibəni dayandırmayacaq.”
Ekspert hesab edir ki, ABŞ-ın Ukraynaya hava raketləri verməsi gərginliyi daha da artırır:
“Rusiya bu raketlərdən ehtiyat edir. Bu silahlar çox güclü olmasa da, ABŞ artıq illərlə anbarlarda saxladığı raketləri Ukraynaya ötürməklə yeni istehsallara yer açmaq istəyir. Əgər Ukrayna bu raketlərdən istifadə etsə, Rusiyada təxminən 1945 strateji hədəf vurula bilər.”
Elşad Həsənov əlavə edib ki, rus hərbi ekspertləri bu raketlərə qarşı müdafiə sistemlərinin olduğunu iddia etsələr də, vəziyyətin nəzarətdən çıxması ehtimalı qalmaqdadır.