May ayı atəşkəsi də daxil olmaqla Kiyevin Rusiyaya qarşı yönəlmiş istənilən təxribatına 7 dəfə çox cavab verilməlidir.
Bu fikri Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa yerli mediaya müsahibəsində bildirib.
"Budur, yeddi rəqəmiNi səsləndirirəm. Bir çox dinlərdə olduğu kimi, yeddi yaxşı rəqəm sayılır. Məncə Rusiyaya qarşı hər hansı təxribata yeddi qat cavab verilməlidir",- deputat rəsmi Kiyevi hədələyib.
O qeyd edib ki, əgər düşmən, məsələn, körpüyə hücum edirsə, o zaman Rusiya hərbçilərinin Ukraynanın yeddi körpüsünü vurmaq hüququ var. Deputatın sözlərinə görə, Kiyev yalnız bundan sonra biləcək ki, hər təxribata görə dərhal cavab olacaq və bütün cinayətlərə görə məsuliyyət daşıyacaqlar.
Xatırladaq ki, Ukrayna son zamanlar daha çox 9 may paradına hücum olacağanı bəyan edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də, sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.
Tural