Yaşı 60-dan yuxarı olanlar üçün FÜRSƏT

Yaşı 60-dan  yuxarı olanlar üçün FÜRSƏT
09:06
Rio-de-Janeyroda yaşlı insanların sosiallaşması və işlə təmin olunması istiqamətində maraqlı layihə icra edilir.
"Təcrübəli Agent" (Experienced Agent Project) layihəsi – 60 yaşdan yuxarı insanlara bilik və bacarıqlarını tətbiq etmək imkanı yaradan layihədir.Bu layihə çərçivəsində yaşlı insanlar Rio-de-Janeyro meriyasında və onun müxtəlif bölmələrində işləyir, sosial layihələrə dəstək verir, tədbirlər təşkil edir və digər fəaliyyətlərlə məşğul olurlar.
Bu təşəbbüs 2004-cü ildən fəaliyyət göstərir və indiyə qədər 3 800-dən çox insan layihədə iştirak edib. Layihənin əsas məqsədi yaşlı insanların cəmiyyətdən təcrid olunmamasını təmin etmək, onların sosial həyatda fəal iştirakını təşviq etmək və təcrübələrini bölüşməyə imkan yaratmaqdır.
Bu yaşlı şəxslərin özlərini dəyərli hiss etmələrinə kömək edir. Layihədə iştirak edənlərdə həm fiziki, həm də psixoloji sağlamlıqlarının yaxşılaşması müşahidə edilib.
Bu model Azərbaycanda necə tətbiq oluna bilərmi?
Azərbaycanda da yaşlı insanların aktivliyini və sosiallaşmasını təmin etmək üçün oxşar bir layihə həyata keçirilməsi faydalı ola bilər.Əksər hallarda bizim ağsaqqallar həyətdə domino, nərd oynamaqla günlərini keçirirlər.
Həyata keçirilən müxtəlif proqramlarda gənclərlə yanaşı ağsaqqallarında sosial işlərə cəlb edilməsi faydalı ola bilər. Misal üçün, idman və kütləvi mədəni tədbirlərdə biletlərin yoxlanılmasına, izləyicilərin qarşılanın yerləşdirilməsinə, turistlərlə iş sahəsində asta-asta ağsaqqalardan faydalanmaq və nəticələri izləmək olar.
Belə bir proqram Azərbaycanda yaşlıların sosial izolyasiyasını azaldar, onların bilik və bacarıqlarından cəmiyyət üçün faydalı şəkildə istifadə etməyə şərait yaradar.
Aqil Məmmədov, ekspert

All 

Sizin reklam burada
Sizin reklam burada