50 illik qətlin üstü açıldı - VİDEO

50 illik qətlin üstü açıldı - VİDEO
08 May 2025 21:59

ABŞ-də 50 illik qətlin üstü açılıb. 

News365.az xəbər verir ki, cinayətdə 69 yaşlı Ohayo sakini itiham olunur.  Qətli  törədənin  kimliyi siqaretdəki  barmaq izlərinin müəyyənləşdirilməsindən sonra  mümkün olub. Santa Klara dairəsi prokurorunun müavini Rob Beyker bildirib ki, izlər  Villi Yucin Simsə  məxsusdur .  Dəlillər  24 yaşlı  Kaliforniyalı qadın Cannet  Ralstonun avtomobilində tapılıb.  Beykerin sözlərinə görə , Ralston öz avtomobilində  köynəklə boğularaq  öldürülüb. O cinsi zorakılığa da məruz qalıb.  Cəsəd isə 1 fevral 1977-ci ildə San-Xose şəhərindəki  bir barın yaxınlığında maşının arxa oturacağından tapılıb. Qətli törədən  avtomobili yandırmağa cəhd etsə də, bu, alınmayıb. Prokuror müavini bildirib ki, müstəntiqlər bir neçə il əvvəl  izlərin kimə məxsusluğunu müəyyən etməyə çalışıblar. Lakin  cəhdlər nəticəsiz qalıb.  Federal Təhqiqat Bürosunun axtarış bazasının alqoritmi yenilədikdən sonra təzədən buna səy göstərilib. Nəhayət, onlar Simsin izinə düşə biliblər.

 Köynəkdə aşkar edilən DNT nümunəsi də Simsinki ilə üst-üstə düşüb.  Beyker  qeyd edib ki, Hadisə baş verən zaman Sims Monterrey dairəsindəki hərbi bazada əsgər imiş. O, 1978-ci ildə adam öldürməyə cəhd və quldurluqda təqsirli bilinərək 4 il həbs cəzası da alıb.  Bu dəfə isə o  69 yaşında  San-Xosedə  məhkəmə qarşısına çıxarılacaq.  Villi Yucin Simsə 25 ildən ömürlüyədək həbsı  cəzası verilə bilər.



Sizin reklam burada
Sizin reklam burada