3 cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi

3 cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi
14:31

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.
 

Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.


Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.

Bürünc medalllar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada