Sabahın HAVASI

Sabahın HAVASI
12:40

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

    Bu barədə News365.az-a illi Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.


    Sizin reklam burada
    Sizin reklam burada