Zelenskinin təyyarəsi gecə saatlarında ABŞ-də eniş edib

Zelenskinin təyyarəsi gecə saatlarında ABŞ-də eniş edib
28 Fev 2025 11:32

İçərisində Ukrayna prezidenti Vladimir Zelenskinin də olduğu xüsusi təyyarə gecə saatlarında ABŞ-dəkı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib. Bu, barədə xarici KİV məlumat yayıb. Saytlar FlightAware resursunun məlumatlarına istinad ediblər. 


Prezidentin xüsusi reysi A319 İrlandiyanın Şennon hava limanından havaya qalxaraq Kiyev vaxtı ilə gecə saat 1 radələrində Merilend ştatına çatıb.


Fevralın 25-də “Financial Times” qəzeti yazmışdı ki, Zelenski Ukrayna resursları ilə bağlı sazişi imzalamaq üçün ABŞ-yə gedəcək. Nəşrin məlumatına görə, saziş ədliyyə, iqtisadiyyat və xarici işlər nazirləri tərəfindən təsdiqlənib.

Tural


Sizin reklam burada
Sizin reklam burada