Bloqer Nərmin Əliyevanın (“Narmiw.Niko”) bacısı Məryəm avtoqəzada həlak olub.
News365.az xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.
"Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəli, Merim. Artıq necə yaşayacağımı bilmirəm, qəlbimdə elə ağrı,acı var ki, ölənədək qalacaq. Heçnəyə inanmaq istəmirəm, qəbullanmaq istəmirəm, birinin bu yuxudan oyatmağını gözləyirəm. Ruhun şad olsun mənim həyatım, gözəl bacım, balaca balam", - deyə o paylaşımda qeyd edib.
Bundan əlavə paylaşımda dəfn mərasiminin 16 iyun, Gəncə şəhərində baş tutacağı qeyd olunub.
