Aparıcıların geyimlərini tənqid etdi - VİDEO

Aparıcıların geyimlərini tənqid etdi - VİDEO
16:40

"Açıq geyinməyi sevmirəm. Yaxası, qolları açıq geyinmək olmaz".

Bu sözləri Xalq artisti Ofeliya Sənani "Bir gün" verilişində deyib. Tanınmış aparıcı gənc aparıcıların geyimlərini tənqid edib.

O bildirib ki, indiki aparıcılar efirdə açıq geyimlərdən istifadə edirlər:

"Tamaşaçıya hörmət etmək lazımdır. Tamaşaçı onu görən zaman sevmir, əsəbiləşir. Qadınlar, kişilər yolda məni görəndə dayanıb deyirlər ki, heyif deyildi o vaxt. Hörmət var idi. Niyə gənclərə demirsiniz ki, çox açıq geyinməsinlər? Kimə lazımdır? Heç kəsə. Bir az səliqəli olsunlar. Ərkim çatana deyirəm, çatmayana isə yox. Qışda qolu, yaxası açıq efirə çıxmasınlar. İşıqlar altında əziyyət çəkib, efirə çıxırsınız. Əziyyətinizin bəhrəsini görün, insanlar sizi sevsin".  (Axşam.az)


Sizin reklam burada
Sizin reklam burada