Hakan Fidan Rusiyaya səfər edəcək

Hakan Fidan Rusiyaya səfər edəcək
16:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.

News365.az xəbər verir ki, səfər iyunun 16-na planlaşdırılıb və Rusiyanın xarici işlər naziri Sergey Lavrovın dəvəti ilə həyata keçirilir.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Fidan sonuncu dəfə 2025-ci il mayın 26-da Rusiyada səfərdə olub. Onunla Lavrov arasında son görüş isə aprelin 18-də Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Səfər zamanı Hakan Fidanın Moskva rəhbərliyi, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur. Həmçinin türk iş adamları ilə görüşməsi də planlaşdırılır.

Danışıqlarda ikitərəfli münasibətlər, enerji və təhlükəsizlik məsələləri, eləcə də regional proseslər - xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi və Qara dənizdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada