Paşinyan həyat yoldaşını ABŞ-yə ezam etdi

Paşinyan həyat yoldaşını ABŞ-yə ezam etdi
17:20

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyannın ABŞ-a ezam olunması ilə bağlı qərar imzalayıb.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, qərara əsasən, Anna Akopyan iyunun 26-dan iyulun 4-dək ABŞ-da səfərdə olacaq.

O, Dünya Birinci Xanımlar Akademiyasının illik tədbirində iştirak etmək üçün New York şəhərinə gedəcək.

Səfərlə bağlı xərclərin, o cümlədən gündəlik və yaşayış xərclərinin Ermənistan Baş nazirinin Aparatı tərəfindən müəyyən olunmuş qaydada ödəniləcəyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada