Yeni kommunikasiya xətləri Cənubi Qafqazda əməkdaşlığı gücləndirəcək”- Arzu Nağıyev

Yeni kommunikasiya xətləri Cənubi Qafqazda əməkdaşlığı gücləndirəcək”- Arzu Nağıyev
07 Okt 2025 15:38

Milli Məclisin deputatı Arzu Nağıyev regionda yeni nəqliyyat və kommunikasiya xətlərinin açılmasının mühüm strateji əhəmiyyət daşıdığını bildirib.

Deputat News365.az-a açıqlamasında qeyd edib ki, söhbət təkcə dəmir və avtomobil yollarından deyil, eyni zamanda boru kəmərləri və digər kommunikasiya xətlərindən gedir.

Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri – Qazax, Tovuz və Gədəbəy istiqamətində yeni əlaqələrin bərpası nəzərdə tutulur:

“Bu kommunikasiya xətləri sovet dövründə də aktiv olub və indi onların yenidən işə salınması istiqamətində mühüm addımlar atılacaq”.

Arzu Nağıyev bildirib ki, Ermənistan konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bu müddəalar ləğv edildikdən sonra qarşıdurma ritorikasına əsas qalmayacaq.

Deputat əlavə edib ki, bölgədə kommunikasiyaların açılması sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada