Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib.
News365.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” hesabında bildirib.
Səfirin sözlərinə görə, Volodomir Zelenskibeynəlxalq tərəfdaşları dövlət mükafatları ilə təltif edib və bu çərçivədə Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif olunub.