Türkiyə və İsrail arasında müharibə ehtimalı artır. Netanyahunun beynəlxalq axtarışa verilməsi və Türkiyənin Suriyaya hərbi qüvvə cəlb etməsi, eyni zamanda İran mətbuatının sevincli xəbərlər tirajlaması ehtimalın həqiqətə çevrilə biləcəyi deməkdir.
İsrail mətbuatı yazır ki, “Nə Həmas, nə də İran. İsrail daha əvvəl qarşılaşmadığı miqyasda hərbi gücə malik olan Türkiyə ilə qarşıdurmaya doğru gedir.”
Təbii olaraq şərhlərimizdə də bəyan etmişdik ki, İran müharibəsinin əsas hədəfi Türkiyədir.
İsrail hazırda bütün region üçün təhlükə yaradır. Yaxın zamanda ABŞ-ın özü üçün daha ciddi bəlaya çevriləcək.