"Yaxşı silahlanmış düşmənlə mübarizə aparırıq" -Çemezov

"Yaxşı silahlanmış düşmənlə mübarizə aparırıq" -Çemezov
27 Mar 2025 09:40

Rusiyanın “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov diqqət çəkən açıqlamalar verib.

O, “Ekspert” jurnalına müsahibəsində bildirib ki, Rusiya yaxşı təchiz edilmiş düşmənlə mübarizə aparır.


"Biz qənimət kimi əldə etdiyimiz məhsullara diqqətlə baxırıq. Onun güclü və zəif tərəflərini görürük. Bu gün tez-tez eşidirik ki, xarici texnologiya Rusiya texnologiyasına şam tutmağa belə yaramır. Bu, yanlış düşüncədir. Bəzi məna və məqamlarda bizimkilər daha yaxşıdır. Amma bəzilərində isə onlarınkı daha yaxşıdır", - o qeyd edib.

O əlavə edib ki, ruslar heç vaxt ciddi təchiz olunmuş düşmənlə toqquşduqlarını unutmamalıdırlar: "Faktiki olaraq bu gün 50 ölkə Rusiyaya qarşı mübarizə aparır, o cümlədən aparıcı Qərb gücləri”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada