Onun sözlərinə görə, İranla istənilən anlaşma əldə olunsa belə, regionda gərginlik tam aradan qalxmayacaq. Səbəb isə İsrail ətrafında fəaliyyət göstərən proksi qrupların mövcudluğudur.
Şahidov qeyd edib ki, Yəməndəki husilər, Hizbullah və Həmas kimi qruplar Tehrandan müxtəlif səviyyələrdə siyasi, maliyyə və hərbi dəstək alsalar da, tam şəkildə birbaşa İranın nəzarətində deyillər.
Politoloqun fikrincə, bu təşkilatların həm ideoloji, həm də yerli sosial bazası mövcuddur və onlar öz fəaliyyətlərini İsrailə qarşı müqavimət kimi təqdim edirlər.
O bildirib ki, İsrail üçün əsas təhlükə İran hesab olunsa da, eyni zamanda şimal və cənub istiqamətlərindən gələn proksi təhdidlər uzun illərdir davam edən təhlükəsizlik problemini formalaşdırır.
Şahidovun sözlərinə görə, bu səbəbdən İranla mümkün razılaşma belə Yaxın Şərqdə tam sabitlik üçün kifayət etməyəcək və gərginlik müxtəlif formalarda davam edəcək.