Hirkan Milli Parkında narkotik yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Hirkan Milli Parkında narkotik yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub
19:00

Astara rayonunda Hirkan Milli Parkında narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.



Sizin reklam burada
Sizin reklam burada