Yasamalda yük avtomobili yandı

Yasamalda yük avtomobili yandı
26 Mar 2025 20:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.


News365.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.


Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.


Sizin reklam burada
Sizin reklam burada