Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasını yenidən işə salmağa hazırlaşır.
News365.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya “Fukuşima” qəzasından sonra dayandırılan dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Kariva AES-in yenidən fəaliyyətə başlaması üçün son yerli maneəni aradan qaldırıb.
Məlumata görə, yerli hakimiyyət orqanlarının razılığı alındıqdan sonra stansiyanın mərhələli şəkildə yenidən işə salınması üçün yol açılıb. Qeyd edək ki, Kaşivazaki-Kariva AES-in fəaliyyəti Yaponiyanın enerji təminatında mühüm rol oynayır.