Elşad Kəlbəliyev cəzadan azad edilib.
News365.az-ın məlumatına görə, amnistiya aktı ona da şamil edilib.
Qeyd edək ki, E.Kəlbəliyev “Range Rover”lə 4 nəfərin ölümünə görə məhkum edilmişdi. Sonradan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.