Amnistiya aktı Prezidentin vətəndaşlara verdiyi dəyərin bariz nümunəsidir

Amnistiya aktı Prezidentin vətəndaşlara verdiyi dəyərin bariz nümunəsidir
14:00

Amnistiya aktı vətəndaşların hüquqlarının qorunması, sosial ədalətin təmin edilməsi və insanların normal həyat fəaliyyətinə qayıtmasının stimulu kimi çıxış edir. Bu təşəbbüs həm də Prezidentin Azərbaycan vətəndaşlarına verdiyi dəyəri nümayiş etdirir.  Eyni zamanda, bu addım vətəndaşlar və dövlət arasında etimadın möhkəmlənməsinə xidmət edir və ölkədə vətəndaş-dövlət həmrəyliyinin güclənməsini təmin edir.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı fikirlərini News365.az-a danışıb. 

"Prezident öz əhalisinə dəyər verir. Amnistiya aktı bunun bariz nümunəsidir. Amnistiya aktının qəbul olunmasının əsas göstəricisi şəhid ailələri, vətən müharibəsi iştirakçıları, anti-terror tədbirlərində iştirak edən insanların amnistiyaya düşməsidir. Bu bir daha ölkə Prezidentinin, bütövlükdə Azərbaycan vətəndaşlarına verdiyi dəyəri göstərir."

Deputat qeyd edir ki, bu minlərlə insanın sevinci, minlərlə ailənin sevinci deməkdir. Bu, həmin insanlara normal həyat fəaliyyətini davam etdirməyə olan etimaddır. Ölkə Prezidenti Azərbaycan əhalisini azad və firəvan görmək istəyir.

"Mən hesab edirəm ki, amnistiya aktı da Azərbaycan vətəndaşları ilə ölkə Prezidenti arasındakı etimadı daha da gücləndirir. Azərbaycanın qarşıdakı böyük nailiyyətlərini daha da artıracaq. Bütövlükdə amnistiya təkcə azad olunan şəxsləri deyil, hər bir vətəndaşı sevindirir. Bu, vətəndaş-dövlət həmrəyliyinin bariz nümunəsidir."


Sizin reklam burada
Sizin reklam burada