Ermənistanda 2-ci Qaryaginə qarşı aparılan istintaq və həbs prosesi regionda siyasi və təhlükəsizlik məsələlərinə dair yeni müzakirələrə səbəb olub. Ekspertlər bildirirlər ki, bu hadisələr təkcə yerli hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı deyil, həm də Rusiya ilə uzunmüddətli gizli əlaqələrin nəticəsi kimi qiymətləndirilə bilər.
Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, 2-ci Qaryaginə qarşı aparılan istintaq və həbs prosesləri Sovet dövründən qalan KQB əməkdaşlıqlarının nəticəsi olaraq da qiymətləndirilə bilər.

Taleh Əliyev vurğulayıb ki, keçmiş Sovet İttifaqının Dövlət Təhlükəsizliyi Komitəsinin strukturları dağıldıqdan sonra bəzi əməkdaşlıq əlaqələri dayandırılsa da, hələ Sovet dövründə Ayin Tura şəbəkəsi Moskvaya birbaşa bağlı fəaliyyət göstərib.
“Bu gün də bəzi dini liderlər, ədəbiyyat adamları və digər xadimlər Rusiyanın yumşaq güc vasitələri olaraq Moskvanın nəzarətindədirlər”, – deyə politoloq bildirib.
O qeyd edib ki, Qaryagin Ermənistanın daxilində Rusiya 5-ci kolonunun ən sabit və təsirli nümayəndələrindən biridir və növbəti mərhələlərdə onun ətrafında aparılan cinayət işlərinin məhz bu kontekstdə nəzərdən keçirilməsi gözlənilir.