Yeni araşdırma qorxulu nəticələri ortaya qoydu: Alimlər xəbərdarlıq edir

Yeni araşdırma qorxulu nəticələri ortaya qoydu: Alimlər xəbərdarlıq edir
16:28

ABŞ-ın Çikaqo Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, uzunmüddətli günəş işığı, xüsusilə ultrabənövşəyi (UB) şüalanma, sağlam dəri hüceyrələrini xərçəng hüceyrələrinə çevirməyə səbəb ola bilər.

News365.az xəbər verir ki, araşdırmaya görə, UB-şüalar hüceyrələri iltihabdan və nəzarətsiz bölünmədən qoruyan YTHDF2 adlı zülalın məhv edilməsinə gətirib çıxarır. Bu zülalın itirilməsi isə xərçənglə bağlı iltihabi proseslərin aktivləşməsinə şərait yaradır.

Alimlər bildirirlər ki, günəş insan sağlamlığı üçün vacibdir və D vitamini sintezində rol oynayır, lakin UB-şüalar dəri xərçənginin əsas risk faktorudur. ABŞ-da dəri xərçənginə yoluxma hallarının 90%-dən çoxu məhz UB-şüalanmaya bağlıdır. UB-şüalar DNT-ni zədələyir, oksidləşdirici stress və iltihab yaradır ki, bu da günəş yanığının əsas səbəbidir.

Tədqiqat həmçinin göstərir ki, RNT və tənzimləyici zülallar arasındakı balans pozulduqda, dəri xərçəngi ilə bağlı iltihabi proseslər sürətlənir. Alimlər ümid edirlər ki, bu mexanizmin dərindən öyrənilməsi UB-şüaların yaratdığı xəstəliklərin profilaktikası və müalicəsi üçün yeni metodların inkişafına yol açacaq.

Həkimlər isə dəri xərçəngindən qorunmaq üçün aşağıdakı sadə tədbirləri tövsiyə edirlər:

  • Günəşə çıxmazdan 15-20 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruyucu krem istifadə edin.

  • Günorta saatlarında birbaşa günəş altında uzun müddət qalmaqdan çəkinin.

  • Açıq rəngli, örtücü geyim və papaq geyinin.

  • Solaryumdan uzaq durun.

  • Dəri üzərində yaranan yeni ləkə, xal və dəyişiklikləri izləyin və ildə ən azı bir dəfə dermatoloqa müraciət edin.

    News365.az


Sizin reklam burada
Sizin reklam burada