Əməliyyat nəticəsində yüksək rütbəli şəxslər öldürülüb

Əməliyyat nəticəsində yüksək rütbəli şəxslər öldürülüb
14:47

Somalidə “Əl-Şabab”a qarşı əməliyyat nəticəsində yüksək rütbəli şəxslər öldürülüb.

News365.az xəbər verir ki,Somali Milli Ordusu Orta Şabelle bölgəsinin Cabas Qodane ərazisində əvvəlcədən planlaşdırılmış əməliyyat həyata keçirdiyini açıqlayıb. Ordunun məlumatına görə, əməliyyat zamanı terror təşkilatı “Əl-Şabab”ın yüksək rütbəli üzvləri zərərsizləşdirilib.

Bildirilib ki, əməliyyat terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədi daşıyıb. 

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.



Sizin reklam burada
Sizin reklam burada