Liderlik yalnız vəzifə və statusla ölçülmür; əsl lider hər çətin vəziyyətdə öz prinsipial mövqeyini qoruyur, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutur. Prezident İlham Əliyevin fəaliyyəti də məhz bu xüsusiyyətlərlə xarakterizə olunur. Onun qəbul etdiyi qərarlar, göstərdiyi qətiyyət və uzaqgörənlik Azərbaycanın daxili sabitliyini, regionda nüfuzunu və suverenliyini gücləndirir.
Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a qeyd edib ki, Prezidentin liderlik keyfiyyətləri yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də nümunə olaraq qəbul edilir və Azərbaycanın mövqeyini möhkəmləndirir.
"Prezident İlham Əliyevin liderlik keyfiyyətləri barədə danışıb. Deputat bildirib ki, liderin əsas xüsusiyyətlərindən biri onun qərarlı olmasıdır. Siyasi baxımdan güclü və hər məsələdə özünə əmin olan lider, qarşına çıxan çətinliklərdə də qətiyyətini göstərir.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 8 avqust 2025-ci ildə Ermənistanla sərhəd məsələlərində bütün Azərbaycanın şərtlərini qəbul edərək siyasi qətiyyətini nümayiş etdirib. Deputat vurğulayıb ki, Prezident bu addımı ilə yalnız bölgədəki vəziyyətə aydınlıq gətirməyib, eyni zamanda öz siyasi iradəsini bütün dünyaya nümayiş etdirib.
Deputat əlavə edib ki, İlham Əliyevin bu cür qətiyyətli və inamlı mövqeyi onun liderlik xüsusiyyətlərini bir daha ortaya qoyur və Azərbaycanın bölgədəki nüfuzunu daha da möhkəmləndirir.